12px13px15px17px
Tarix:01/08/14

Azərbaycan internet xidmətləri bazarında vəziyyət stabildir

Azərbaycan internet xidmətləri bazarında son bir ayda “Bakinternet” dövlət internet provayderinin bazar payı 2% artmasına baxmayaraq provayderlərin reytinqində önəmli dəyişiklik baş verməyib.

 “Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Uninet”, “Aztelekom”, “Azeronline”, “DataPlus” şirkətləri əvvəlki mövqelərini qoruyub saxlayıb.
 
 Belə ki, son bir ay ərzində “Bakinternet” dövlət internet provayderinin bazar payı 2% artaraq 23,30% təşkil edib, “Aztelekom”un payı cüzi  artaraq 14,21%, “Uninet”in cüzi 12,24% təşkil edib. “Azeronline”nın bazar payı azalaraq 9,72%, “Dataplus” şirkətinin bazar payı 6,65%, “Connect” şirkətinin bazar payı 5,31%, “Azqtel”in payı iki dəfə artaraq 4,43% təşkil edib.

Onların ardınca 3,06% bazar payı ilə –“Ultel”, 3,18% - “Castel”, 3,05% - “Adanet”, 2,95% - “Azstarnet”, 2,19-“Smart”, 1,67% - “Avirtel”, 1,4% - “Azeurotel”, 1,04% - “Nakhchivan”, 1,02% - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi qərarlaşıb. Digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.
 

Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
 

 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024