12px13px15px17px
Tarix:02/08/14

Avropa Komissiyası “Google” şirkətinin əməliyyat sistemləri bazarında sui-istifadə hallarını araşdırır

Avropa İttifaqının (Aİ) antiinhisar orqanları əksər mobil qurğularda quraşdırılan “Android” əməliyyat sistemi ilə bağlı araşdırmaya başlamaq niyyətindədir. “Reuters” agentliyinin məlumatına görə, hazırda tənzimləyici orqanlar bunun üçün lazımi məlumatların toplanılması ilə məşğuldur.

Avropa Komissiyası “Android”in mobil əməliyyat sistemləri bazarındakı liderliyindən narahatdır. “Strategy Analytics” analitik agentliyinin məlumatına görə, cari ilin ikinci rübündə dünyada satılan smartfonların 85 faizi bu əməliyyat sisteminin idarəetməsi ilə işləyib. İkinci yeri böyük geriliklə - 11,9 faizlə “Apple” şirkətinin “iOS” sistemi tutub.

Avropa Komissiyası artıq antiinhisar araşdırması üçün zəmin hazırlayır. Komissiya “Google”un öz servislərinin yayılması üçün bazardakı lider mövqeyindən istifadə etməklə qanunvericiliyi pozmasını aydınlaşdırmaq niyyətindədir.

Son bir neçə həftədə Avropa Komissiyası şirkətlərə onların “Google” ilə “Android” sahəsində əməkdaşlıq təcrübəsi ilə bağlı anketlər göndərməyə başlayıb. Onlardan biri agentliyin əlinə keçib. Anketdə “Google”un qurğulara onun servislərinə rəqib olan proqram təminatının əvvəlcədən quraşdırılmamasını şifahi və ya yazılı tələb etməsi soruşulur.

Sentyabrın əvvəlinədək “Google”un tərəfdaşları 40-dan çox sualı cavablandırmalıdırlar. Onlardan 2007-ci və sonrakı illərdə elektron poçt ilə yazışmaların, fakslar, görüşlər və telefon danışıqları haqqında qeydlərin, təqdimatlar və digər sənədlərin təqdim olunması tələb olunub.

“Google” nümayəndələri ittihamları rədd edərək bəyan ediblər ki, şirkət “Android”in şəffaflığına çalışır. “İstənilən şirkət “Google”un iştirakı olmadan “Android”dən istifadə edə bildiyi kimi, “Google”dan da “Android” olmadan istifadə edilə bilər”, - mətbuat xidmətindən bildirilib, - “Vesti www.vesti.ru” yazır. 



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024