12px13px15px17px
Tarix:04/08/14

Angela Merkel Almaniya hökumətinin üzvlərinə zəng edə bilmir

Almaniyanın kansleri Angela Merkel anticasus çipi ilə təchiz edilmiş öz yeni mobil telefonundan Nazirlər Kabinetinin üzvlərinə zəng edə bilmir.

“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, Almaniya hökumətinin üzvlərində rabitə ilə bağlı yaranmış problemlər haqqında “Bild” qəzeti yazıb. Nəşrin məlumatına görə, nazirlər üçün xüsusi təhlükəsiz telefonlara quraşdırılmış çiplər “Secusmart” şirkətinin avadanlığına uyğun gəlməyib. Xatırladaq ki, kanslerin telefonu “Secusmart” şirkətinin avadanlığı ilə təchiz edilib.
 
Məsələn, xarici işlər naziri Frank Valter Ştaynmayer ilə maliyyə naziri Volfqanq Şoyble arasındakı zəngin söhbətini ələ keçirmək mümkün deyil. Amma hər iki nazir şifrlənmiş kanallardan istifadə etməklə Angela Merkelə zəng edə bilmir.
 
Nəşr yazıb ki, hələ ki problem tam həllini tapmayıb, yalnız bəzi nazirlər üçün kanslerin istifadə etdiyi eyni aparatlar satın alınıb.
 
İyunun sonunda Angela Merkel xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş yeni “Blackberry Q10” telefonuna sahiblənib.
 
Emil Hüseynov



Baxış sayı: 378

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020