12px13px15px17px
Tarix:04/08/14

“Microsoft” şirkəti “Windows Phone 8.1.” əməliyyat sisteminin yeni mobil versiyasını təkmilləşdirib

“Microsoft” şirkəti bu həftədən etibarən “Windows Phone 8.1.” əməliyyat sisteminin yeni mobil versiyasını yaymağa başlayacaq.
 
“ICTnews” xəbər xidmətinin “Softpedia” saytına istinadən verdiyi məlumata əsasən, ilkin mərhələdə mobil əməliyyat sisteminin “Developer Preview” versiyası təqdim ediləcək. Məlum olduğu kimi, “Windows Phone 8.1 Update 1” yüzlərlə  “Internet Explorer 11” brauzeri üçün təkmilləşdirilmələrə malikdir.
 
“Windows Phone 8.1” mobil platformasının yenilənməsi xeyli təkmilləşdirilib və “Explorer 11”-in mobil mühitlə uyğunluğunu artıran veb-brauzer düzəlişlərinə uğrayıb. Misal üçün, “IE 11” həll olunmuş problemlərdən biri tanıma ilə bağlıdır: müəyyən veb-saytları açaraq istifadəçilər onlarla fərdi kompüter arxasında olduğu kimi işləyə bilməyəcəklər, onların işi mobil mühit üçün rahat şəkildə qurulacaq.
 
“IE 11” mobil brauzeri populyar “WebKit”-prefiksli API-lərlə işləyəcək, belə ki, təkcə “WebKit”-kod göndərən saytlar – standartlara əsaslanan koda köçürülürlər.
 
Bəzi qeyri-standart imkanların dəstəklənməsi (WebKit proprietar prefikslərinin vasitələri) həmçinin “Internet Explorer 11” brauzerinə  “Windows Phone 8.1 Update” yenilənməsi çərçivəsində əlavə edilib.
 
“Microsoft” korporasiyasının bildirdiyi kimi, brauzerin yeni redaksiyasında öncəki mobil versiyaların dəstəkləmədiyi və masaüstü kompüterlərdə geniş istifadə edilən xüsusiyyətlərin istifadəsi dəstəklənir.
 
Bundan başqa, “Microsoft” bildirir ki, istifadəçilərin rəylərinə əsasən “Windows Phone 8.1 Update 1” əməliyyat sistemində  “Android” və “iOS” əsasında işləyən mobil qurğuların sahibləri üçün açıq olan mobil veb-imkanlar yaratmaq qərarı qəbul edilib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024