12px13px15px17px
Tarix:04/08/14

“iOS” istifadəçiləri “Android” istifadəçilərindən 7 dəfə daha aktivdirlər

Mobil qurğular bazarında “Android” platformasının bazar payı 85%-ə çatır, “iOS”-da bu göstərici 11,9% təşkil edir. Ancaq istifadəçilərin aktivliyini araşdırdıqda məlum olur ki, hər iki platformanın tərəfdarları internetdə təxminən eyni dərəcədə aktivlik göstərirlər.

“NetApplications” analitikləri 40 min sayta ziyarəti araşdırdıqdan sonra belə nəticəyə gəliblər.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, bu, “Android” platformasının inkişaf etməkdə olan mobil rabitə bazarına malik ölkələrdə populyarlığı ilə izah olunur: bu ölkələrdə  smartfon zəng etmək və SMS göndərmək məqsədilə satın alınır.
 
Bu səbəbdən toplanılmış məlumatlara əsasən, “iOS” istifadəçiləri “Android” istifadəçilərindən 7 dəfə daha aktivdirlər və yaxın gələcəkdə bu vəziyyət çətin ki dəyişsin.
 
 
Emil Hüseynov



Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024