12px13px15px17px
Tarix:05/08/14

Avropalılar “Facebook”u məhkəməyə verirlər

“Europe vs Facebook” layihəsinin yaradıcıları sosial şəbəkəyə qarşı yeni təşəbbüslə çıxış ediblər – bu dəfə onların şirkətə qarşı iddiasını ABŞ və Kanada sakinlərindən başqa bütün fiziki istifadəçilər imzalaya bilər.
 
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, layihə yaradıcılarının sözlərinə görə, artıq 11 mindən çox imza qeydə alınıb. Onların 50%-dən çoxu Almaniya sakinləri, digər hissəsi isə Hollandiya, Finlandiya və Böyük Britaniya sakinləridir.
 
 
Layihənin məqsədi “Facebook”un diqqətini fərdi məlumatların məxfilik standartlarına riayət edilməməsi, onlardan sui-istifadə, PRISM proqramının dəstəyi, kənar saytlarda (Like vidcetindən istifadə) istifadəçilərin hərəkətlərinin izlənilməsi, “Big Data” sistemlərinin köməyi ilə istifadəçi məlumatları massivinin analizi və monitorinqi kimi qanun pozuntularına yönəltməkdir.
 
İddianın təşəbbüskarı Vyetnam vətəndaşı, vəkil və aktivist Maks Şremsdir. Məhkəmə xərcləri Avstriyanın “ROLAND ProzessFinanz AG” hüquq şirkəti tərəfindən maliyyələşdirilir.
 
Emil Hüseynov
 



 



Baxış sayı: 331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020