12px13px15px17px
Tarix:05/08/14

Elektron İnformasiya Sistemi sosial sığorta haqları üzrə daxilolmaların artımına səbəb olacaq

İşçilərin əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin daha səmərəli şəkildə qurulmasına, onların gələcək sosial təminat hüququnun dolğun şəkildə reallaşmasına yönələn dövlət pensiya təminatı sisteminə də müsbət təsir göstərəcək. Tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi (EİS) eyni zamanda sosial sığorta haqları üzrə daxilolmaların artımına səbəb olacaq.
 
Bu fikri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dəstək Tvinninq” layihəsinin avropalı ekspertləri ilə keçirilən görüşdə bildirib.
 
 İ.İsayev bildirib ki, EİS qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasında, işçilərin gəlirlərinin düzgün rəsmiləşdirilməsində, bununla da sığorta-pensiya sistemində yığım komponentinin güclənməsində, vətəndaşların  pensiya təminatı üçün vacib hüquqi və maliyyə təminatında effektli vasitədir. Nazir müavini EİS-in DSMF-nin pensiya-sığorta sisteminə tam inteqrasiya olunduğunu, aparılan işlərin qeyri-dövlət pensiya fondlarının formalaşdırılması prosesini stimullaşdırmağa da imkan yaratdığını qeyd edib.
 
Nazirlikdən verilən məlumata görə, “Tvinninq” layihəsinin Avropa İttifaqı üzrə rezident müşaviri Aqrita Qroza və layihəni həyata keçirəcək qurumlardan olan Latviyanın Rifah Nazirliyinin sosial sığorta departamentinin direktoru Yana Mujnieçe Azərbaycanın əmək münasibətləri və dövlət pensiya sistemlərində aparılan islahatların mahiyyətcə bir-birini tamamladığını vurğulayıblar.
 
Onlar hər iki sahədə aparılan islahatların bir-birinə dəstək verdiyini, əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqinin qeyri-dövlət pensiya fondlarının formalaşdırılması üçün də əhəmiyyətli rol oynadığını qeyd ediblər.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 375

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020