12px13px15px17px
Tarix:05/08/14

“MilliÖN” onlayn ödəniş sistemini istifadəyə verir

"MilliÖN" ödəniş sistemi istifadəçilərinə bu aydan etibarən yeni onlayn ödəniş xidməti təqdim edib.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, artıq istifadəçilər kompüterlərini, smartfonlarını şəxsi ödəniş terminalına çevirə bilərlər.
 
Bunun üçün istifadəçi "www.million.az" saytında qeydiyyatdan keçməlidir. Bundan sonra, istifadəçiyə öz şəxsi kabinetinə daxil olmaq imkanı təqdim edilir və orada ödəmələr üzrə tarixçə yaradılır. Bu xidmət vasitəsi ilə istifadəçi öz bank hesabını idarə edə bilər və istənilən vaxt keçirdiyi əməliyyatlar haqda qəbz çap edə bilər. Hazırda sistem tam istifadəyə verilmədiyindən "Bakcell" abunəçiləri müvəqqəti olaraq qeydiyyatdan keçə bilmirlər, lakin yaxın zamanda bu problemlər aradan qaldırılacaq və sistem tam istifadəyə veriləcək.
 
"MilliÖN" "Komtec LTD" MMC-nin ticarət nişanı sayılır. Şəbəkənin əsas məqsədi dərhal, rahat və yüksək keyfiyyətli ictimai xidmətlərin platformasının yaradılmasıdır. "MilliÖN" vasitəsilə vətəndaşlar mobil və sabit telefon şəbəkəsi üzrə, kommunal ödənişlər, internet və kabel TV və bank xidmətlərinin ödənişlərini ödəyə bilərlər. Qeyd edək ki, sistem ötən ilin mart ayından etibarən fəaliyyətə başlayıb.

 
Aynur Vəliyeva



Baxış sayı: 1083

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024