12px13px15px17px
Tarix:06/08/14

“Gmail” heroqlif və vurğulardan ibarət elektron poçt ünvanlarını tanımağa başlayıb

“Google” şirkəti öz poçt xidmətinin qloballaşdırılması istiqamətində addımlar atıb.

“ICTnews” xəbər xidmətinin “Biipi.Ru” saytına istinadən verdiyi məlumata əsasən,
artıq “Gmail” latın simvolları ilə yanaşı, heroqlifləri və vurğu işarəli sözləri də dəstəkləyəcək.

Bunun üçün şirkət 2012-ci ildə “Internet Engineering Task Force” tərəfindən yaradılmış elektron standartın tətbiqinə başlayıb. “Google”da bildiriblər ki, şirkətin əməkdaşları gələcəkdə yeni standartın digər elektron poçt xidmətləri göstərən şirkətlərində yayılmasına kömək edəcəklər.
 
Hazırda  “Gmail” yapon hiraqanusu və katakanusu daxil olmaqla bütün heroqlifləri tanımağa başlayıb.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024