12px13px15px17px
Tarix:06/08/14

“IDC” İT bazarına dair yeni proqnoz açıqladı


“International Data Corporation” (IDC) analitik şirkəti qlobal informasiya texnologiyaları (İT) bazarı üzrə yeni proqnoz dərc edib. Ekspertlərin fikrincə, İT sahəsindəki mövcud qeyri-sabit vəziyyət tədricən müsbətə doğru dəyişir.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin nəticəsinə görə, “IDC” qlobal İT xərclərinin 3,7 trilyon dollaradək artacağını proqnozlaşdırır. Bu artımın əsas hissəsini smartfon bazarı təmin edəcək.
 
Bundan başqa, İT sənayenin inkişafına, xüsusilə inkişaf etməkdə olan ölkələrdə proqram təminatının satışları mühüm töhfə verəcək.
Analitiklər məlumatların idarə edilməsi və təhlili alətlərini, həmçinin birgə işlər üçün proqramlar və korporativ sosial şəbəkələrini perspektiv seqmentlər adlandırırlar. Tədqiqata əsasən, "üçüncü platforma" (bulud sistemlər, analitik, mobil və sosial texnologiyalar) texnologiyasına qoyulan investisiyalar bütün İT bazarda dinamikanı təyin edəcək.
 
Hindistan, Braziliya və Rusiya kimi bir sıra inkişaf etməkdə olan ölkələrdə İT bazarın artımı makroiqtisadi və geosiyasi gözlənilməzliyə görə məhdudlaşdırılıb. Analitiklər bildirirlər ki, Çində artıq cari ildə həm istehlak, həm də korporativ sektorda İT büdcənin bərpası müşahidə olunacaq.
 
“Gartner”in proqnozuna görə, 2014-cü ildə qlobal İT bazarının həcmi 3,8 trilyon dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 3,2% yüksəkdir. Telekommunikasiya xidmətlərinin payına 1,655 trilyon dollar, korporativ proqram təminatına 320 milyard dollar, elektronika və kompüter sahəsinə 689 milyard dollar, İT xidmətlərə isə 964 milyard dollar düşəcək.
 
Emil Hüseynov
 



Baxış sayı: 330

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020