12px13px15px17px
Tarix:06/08/14

“Timex” şirkəti “3G” modullu bahalı “ağıllı” saat buraxıb

"Timex" şirkəti "Ironman One GPS+" qurğusunu nümayiş etdirərək "ağıllı" saat bazarına çıxıb. Cihazın qiyməti 400 dollar təşkil edir. Ehtimal ki, bu, məlumatların ötürülməsi üçün "3G" modulunun quraşdırılması ilə bağlıdır. Saat səs çağırışları edə bilmir.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Timex"in saatlarında platforma qismində "Qualcomm" şirkətinin həllindən istifadə olunur. "Ağıllı" saatlar 1,5 düymlük "Mirasol" rəngli ekranı ilə təchiz olunublar, yaxşı rəngverilişi ilə fərqlənmir, amma parlaq günəş işığında informasiyanı göstərə bilər. Bundan başqa, cihaz aşağı enerji sərfiyyatına malikdir. GPS sönülü olduqda "ağıllı" saat üç günədək işləyə biləcək.
 
İlk növbədə idmançılar üçün nəzərdə tutulmuş cihaz 4 QB daxili yaddaşa və əvvəlcədən quraşdırılmış audiopleyerə malikdir. "Ironman One GPS+" qurğusunun korpusunda dinamika nəzərdə tutulmayıb, istifadəçi musiqiyə qulaq asmaq üçün "Bluetooth" qarnitura satın almalıdır. Cihaz gücləndirilmiş sukeçirməz korpusa malikdir.
 
Payızda sözügedən "ağıllı" saatın satışlarına başlanılacaq.
 
Emil Hüseynov




Baxış sayı: 625

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024