12px13px15px17px
Tarix:07/08/14

Bakıda elektron xidmətlərin “bir pəncərə” prinsipi ilə təqdim edilməsi ilə bağlı təkliflər müzakirə olunacaq

Bakıda avqustun 8-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, toplantıda vətəndaşların elektron xidmətlərdən istifadə vəziyyəti, elektron xidmətlərin populyarlıq səviyyəsinin yüksəldilməsi, elektron xidmətlərdən istifadə ilə bağlı rəsmi statistikanın təkmilləşdirilməsi və elektron xidmətlərin “bir pəncərə” prinsipi ilə təqdim edilməsi istiqamətində İctimai Şura və Multimedia Mərkəzinin birgə hazırladığı təkliflər müzakirə olunacaq.

Tədbir çərçivəsində təkliflərin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilməsi nəzərdə tutulub.
 
Aynur Vəliyeva



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024