12px13px15px17px
Tarix:07/08/14

Elektron xidmət növlərinin siyahısına yeni e-xidmətlər əlavə edilib

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) elektron xidmətlərinin sayı artırılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin Nazirlər Kabinetinin (NK) rəsmi saytına istinadən verdiyi məlumata görə, NK “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında növbəti dəyişikliyi edib.
 
Belə ki, “Elektron xidmət növlərinin Siyahısı”na 24.23 - 24.27-ci bəndlər əlavə edilib.
 
Dəyişikliyə  əsasən, ƏMDK “Başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin hərracda  satışına dair sifarişlərin qəbulu”, “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan  qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu”, “Kiçik müəssisələrin (obyektlərin) hərracda satışına dair  sifarişlərin qəbulu”, “Orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan   səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərraclarında satışına dair sifarişlərin qəbulu” və “Mülkiyyətçinin arzusu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaka dair texniki sənədlərin (pasportun və plan ölçüsünün) tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətlərini də göstərəcək.
 
Beləliklə, komitənin “Elektron xidmət növlərinin siyahısı”nda yer alan xidmətlərinin sayı 27-yə çatıb.
 
Qeyd edək ki, Nazirlər Kabineti Əmlak Məsələləri Dövlət Komitəsinin Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  ilə razılaşdırılmış təklifini nəzərə alaraq qərarda dəyişiklik edib.
 
CAHANGİR
 



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024