12px13px15px17px
Tarix:08/08/14

Çin hakimiyyəti yerli istifadəçiləri messencerlərdə qeydiyyat zamanı öz həqiqi adlarından istifadə etməyə məcbur edəcək

Çin hakimiyyəti çalışır ki, yerli istifadəçilər messencerlərdə (real vaxtda internet üzərindən mesajlaşmaq proqramları) qeydiyyat zamanı öz həqiqi adlarını göstərsinlər. Bu qayda “QQ”, “Laiwang”, “Yixin”, “Miliao” və “WeChat” xidmətlərinə tətbiq olunacaq. Sonuncunun auditoriyası təxminən 400 milyon insandan ibarətdir.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Çinin  Dövlət internet informasiya bürosunda hazırlanmış yeni qaydalar müxtəlif şirkət və kommersiya təşkilatlarına məxsus ictimai hesablara aiddir. Çində istənilən mesajlaşmaq xidmətinin iştirakçısı olmaq üçün həqiqi məlumatları daxil etmək, ölkə qanunları və onun sakinlərinin maraqlarına riayət etmə haqda razılaşmanı qəbul etmək lazımdır.
 
"Kiber məkanı təmizləmə" və milli təhlükəsizliyin təmininə hesablanmış yeni tələblərin pozulması halında hesablar bloklanaraq silinəcək.
 
Emil Hüseynov
 

 



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024