12px13px15px17px
Tarix:08/08/14

Bakıda avtomatlaşdırılmış sənəd dövriyyəsinə keçid üzrə hazırlıq kursları keçiriləcək

“MARCO Computer Technology” şirkəti “1С: 1№-li Təlim mərkəzi” ilə birgə sentyabrın 16-17-də Bakıda "Sənəd dövriyyəsinin avtomatlaşdırmaya hazırlığı" kursunu keçirəcəklər.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “1C: Sənəd dövriyyəsi” layihəsinin tətbiqi texniki və hazırlıq mərhələlərindən ibarətdir. Texniki mərhələ proqramın tətbiqini, hazırlıq mərhələsi isə şirkətin sənəd dövriyyəsinin avtomatlaşdırılmasının təşkili prosesini nəzərdə tutur. Kurs “1C: Sənəd dövriyyəsi”nin tətbiqinə hazırlıq mərhələsinin təcrübi mənimsəməsinə yönəldilib.
 
Kurs proqramı təkmilləşdirmə layihələrində iştirak üçün yetərli səviyyədə bilikləri təmin edən sənədlərin idarəedilməsi əsaslarından ibarətdir.
 
Treninq çərçivəsində iştirakçılara proqramın hansı imkanları ilə düzgün sənəd dövriyyəsi təşkil oluna biləcəyi, sənədlərlə işdə qanunvericilik normalarına riayət edilməsi ilə bağlı məlumat veriləcək. 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 397

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020