12px13px15px17px
Tarix:08/08/14

Azərbaycan Cenevrədə keçirilən “EWASS 2014 : European Week of Astronomy and Space Science” beynəlxalq konfransında təmsil olunub

Cenevrə şəhərində keçirilən “EWASS 2014: European Week of Astronomy and Space Science” beynəlxalq konfransı artıq başa çatıb.

Konfransda Azərbaycanı AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova təmsil edib. Rəsədxananın ictimaiyyətlə əlaqələndiricisi Seymur Vəliyev bildirib ki, elmi işçi konfransda “Planet formation processes in the young Solar-type stars” mövzusunda çıxış edib.
 
Hazırda Cenevrəyə səfəri başa çatan F.Əlimərdanova bu dəfə ABŞ-da təlimdə iştirak edəcək. Belə ki, fizika üzrə fəlsəfə doktoru ABS-ın “CIES” təhsil mərkəzinin keçirdiyi  “Fulbright Visiting Scholar” proqramında “Modern methods of statistical data processing on photometry and spectroscopy in physics” layihəsi ilə qalib gəlib.
 
O, bu proqram çərçivəsində yaxın günlərdən başlayaraq, 2015-ci il mart ayının sonunadək “The University of North Carolina at Greensboro” universitetində akademik təcrübə keçəcək.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 755

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024