12px13px15px17px
Tarix:11/08/14

İnkişaf etməkdə olan ölkələrdə kompüterlərin 60 faizi əməliyyat sistemsiz satılır

“Microsoft” şirkətinə inkişaf etməkdə olan ölkələrdə işləmək çətindir. Çünki bu ölkələrdə  əvvəlki illərdə olduğu kimi piratçılıq geniş yayılıb. Analitik və bazar iştirakçılarının rəyini soruşmuş “Reuters” agentliyi piratçılığın geniş yayıldığı Çin və başqa dövlətlərdə proqram nəhənginin problemləri haqda yazıb.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Biznes Proqram Təminatı İstehsalçıları Assosiasiyasının (Business Software Alliance, BSA) məlumatına görə, istifadədə olan fərdi kompüterlərin ümumi sayının 56  faizi inkişaf etməkdə olan regionların payına düşür. Bu dövlətlərdə piratçılığın səviyyəsi dünya göstəricisinin 73 faizinə bərabərdir.
 
“Microsoft” nadir hallarda müəyyən ölkələrdəki iş göstəricilərini açıqlayır, amma şirkət rəsmiləri bundan əvvəl bildirmişdi ki, 2012-2013-cü maliyyə ilində Çin, Braziliya və Koreyada mədaxil 1 milyard dolları ötüb, halbuki ümumi gəlir 77,8 milyard dollardan çox olub. Müqayisə üçün qeyd edək ki, “Apple” şirkəti Çin, Honkonq və Tayvanda ötən maliyyə ilində (2013-cü il sentyabrın sonunda bağlanıb) ümumilikdə 27 milyard dollar qazanıb.
 
2011-ci ildə “Microsoft”un direktoru Stiv Balmer deyib ki, şirkət piratçılığa görə Çində Hollandiyada olduğundan az qazanır, hərçənd Çinin fərdi kompüter bazarının həcmi ABŞ-la eyni səviyyədədir.
 
Emil Hüseynov



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024