12px13px15px17px
Tarix:12/08/14

Hərbçilərimiz müasir texnologiyalarla tanış olacaq

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri müasir maşınqayırma texnologiyaları ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak edəcək.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
 
MN-dən bildirilib ki, avqustun 13-dən 17-dək Rusiyanın paytaxtı Moskva şəhərində “Maşınqayırma texnologiyaları-2014” 3-cü beynəlxalq forumu və “Oboronekspo-2014” sərgisi düzənlənəcək.
 
Azərbaycan nümayəndə heyəti hər iki tədbirdə iştirak edərək müasir dövrün yeni texnologiyaları ilə yaxından tanış olacaq.
 
 
SEYMUR



Baxış sayı: 292

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020