12px13px15px17px
Tarix:12/08/14

Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən müxtəlif layihələr üzərində işlər aparılır

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün hazırda “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən müxtəlif layihələr üzərində işlər aparılır. Ölkədə informasiya cəmiyyətinin inkişafı ilə bağlı bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi-2013” adlı illik hesabatda yer alıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, ötən müddətdə “Virtual Qarabağ” İKT Mərkəzinin yaradılması ilə bağlı təşkilati işlər həyata keçirilib: “Bununla əlaqədar “az/org/com/net/co.uk” domenləri ilə “virtualkarabakh.az” adlı internet portalı qeydiyyatdan keçirilib. Portalın yerləşdirilməsi və təhlükəsiz fəaliyyəti üçün yüksək texniki parametrlərə və ötürücü gücə malik xüsusi- müstəqil server quraşdırılıb. Portalın layihəsi 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) hazırlanaraq dizayn olunub və kodlaşdırılıb”.
 
 
Qeyd edək ki, “Virtual Qarabağ”  İKT Mərkəzi  “Azərbaycan gəncliyi 2011- 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb. Əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının formalaşdırılmasıdır.
 
Həmçinin mərkəzin fəaliyyətində digər məqsəd Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumatların çatdırılmasıdır.
 
 Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ”  İKT Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyidir. “www.virtualkarabakh.az” portalı mərkəzin rəsmi internet səhifəsidir.
 
Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazası olan “www.virtualkarabakh.az” portalında ölkəmizdə və xaricdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, gənclər təşkilatları tərəfindən Azərbaycanın haqlı mövqeyi nəzərindən Qarabağ mövzusunda hazırlanan müxtəlif  İKT məhsullarının, yazı, foto, video materialların yerləşdirilməsi mümkündür.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 793

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024