12px13px15px17px
Tarix:12/08/14

Web-dizayner ixtisası üzrə yeni standartlara cavab verən kurikulum hazırlanıb

Qlobal təşkilat olan “World Vision”ın Azərbaycan nümayəndəliyinin dəstəyi ilə web-dizayner ixtisası üzrə yeni standartlara cavab verən kurikulum hazırlanıb. Həmçinin elektrik-qaz qaynaqçıları, çilingər ixtisasları üzrə də hazırlanmış kurikulumlar Bakı ətrafı iki peşə məktəbində tətbiq olunub.
 
Bu barədə məlumat verən təşkilatın yerli nümayəndəliyindən qeyd edilib ki, “World Vision” Azərbaycanda 2009-cu ildən etibarən Təhsil Nazirliyi ilə əməkdaşlıqda professional texniki təhsilin inkişafı və gənclərin sahibkarlıq imkanlarının təkmilləşdirilməsi yönündə bir sıra layihələr həyata keçirir:
 
“Təşkilat Azərbaycanda 2007-ci ildən gənclərin maarifləndirilməsi və inkişafı üzrə pilot layihələri də həyata keçirərək gənclər arasında məşğulluğun artırılmasına səbəb olur. Tədricən gənclərin sosiallaşmasında və inkişafında əsas boşluqları təyin edərək, “World Vision” əlilliyi olan və internatları tərk edən gənclər üçün texniki-peşə təlimlərin təşkilində iştirak edib. Bu fəaliyyətlərin əsas məqsədi gənclərin ictimai həyatda iştirakın və potensialın gücləndirilməsidir. Bu günədək 1,993 gənc “World Vision”ın Azərbaycandakı nümayəndəliyinin gənclər üçün proqramlarında birbaşa iştirak edib. Gənclərin işlə təmin olunması məqsədi ilə “World Vision International” humanitar təşkilatı Bakı ətrafında 4 icmanın gənclərinə davamlı dəstək göstərir. Sahil, Ümid, Qobustan və Ələt qəsəbələrində yaşayan gənclər gələcəkdə işə düzəlmələri üçün vacib olan şəxsi inkişaf, iş axtarma üsulları, vaxtın idarəolunması, təqdimat bacarıqları biliklərinə yiyələnirlər”.
 
Qeyd edək ki, “World Vision” dünyanın təxminən 100 ölkəsində uşaqlar, onların ailələri və icmaları ilə işləyir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024