12px13px15px17px
Tarix:12/08/14

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1-ci qrant müsabiqəsinin qalibləri ilə müqavilələrin imzalanması prosesi başa çatır

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1-ci qrant müsabiqəsində qalib gələn layihələrin müəllifləri ilə sənədləşmə prosedurları aparılır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, fondun Müşahidə Şurasının qərarı ilə qalib elan olunmuş layihə rəhbərləri ilə müqavilələrin imzalanması sona çatmaq üzrədir.
 
“Yaxın günlərdə isə hər bir layihə üzrə ümumi qrant məbləğinin 30  faizi həcmində vəsaitin köçürülməsi nəzərdə tutulur”,- deyə fonddan bildiriblər.
 
Aynur Vəliyeva
 

 



Baxış sayı: 891

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024