12px13px15px17px
Tarix:13/08/14

“HTTP/2.0” protokolunun yeni versiyası şifrələmə tələb edəcək

“World Wide Web Consortium”un veb-standartlar üzrə mütəxəssisləri məlumatların ötürülməsi prosesində təhlükəsizlik problemi haqda narahat olmağa başlayıblar.

“ICTnews” elektron xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Google”, “Facebook” və ya “Twitter” kimi iri internet şirkətlərinin bəziləri, öz serverlərini “HTTP”nin şifrələnmiş versiyasına köçürüblər.
 
“W3C”də təhlükəsizlik normalarının tətbiqi prosesini sürətləndirmək üçün “HTTP” internet protokolunun yeni versiyasında şifrələmə sistemi tətbiq edilə bilər. Hazırda “W3C”də bu məsələnin araşdırılması üzrə işçi qrup yaradılıb.

“HTTPbis”in işçi qrupunun rəhbəri Mark Nottinqem bildirib ki, “HTTP2.0”ın işlənib hazırlanması “Internet Engineering Task Force” dəstəyi ilə həyata keçirilir.
 
Onun sözlərinə əsasən, “HTTP 2.0”ın tətbiqi  TLS (Transport Layer Security) texnologiyasının istifadə miqyasını artırmağa imkan verəcək. “HTTP”nin ikinci versiyasında şəbəkədə məlumatların şifrələnməmiş ötürülməsi üzrə imkanların saxlanılması təklif olunur, lakin şifrələnmədən avtomatik istifadə ediləcək.

Bununla yanaşı, müstəqil mütəxəssislər bildirirlər ki, şifrələnmiş və şifrələnməmiş trafikin istifadəsi texniki problemlərə səbəb ola bilər. İlk növbədə problemlər, şifrələnmiş və şifrələnməmiş trafika bölünən və bunu “URL” başlıqda “http” və ya “https”in mövcudluğu ilə müəyyən edən brauzer və tətbiqi proqramlarla bağlı olacaq.



Aynur Vəliyeva



Baxış sayı: 913

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024