12px13px15px17px
Tarix:13/08/14

“Microsoft” şirkəti “Xbox One”ın yeni variantlarını elan edib

"Microsoft" şirkəti bu gün "Crystal Dynamics" studiyası ilə "Xbox One" oyun əlavəsi üçün  "Tomb Raider" oyununun eksklüziv debütü haqda razılaşma bağladığını bəyan edib.

Qeyd edək ki,  "Tomb Raider"in orijinal ilkin versiyası yalnız "Sony Playstation" üçün buraxılmışdı.
 
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, şirkət eyni zamanda,  "Kinect 2" beta versiyanın satışa çıxdığını elan edib.

"Microsoft" şirkətinin korporativ vitse-prezidenti Fil Harrison bildirib ki, gələcəkdə "Call of Duty" oyunun  üslublaşdırılmış "Xbox One" versiyasını və 1 terabayt sərt disklə təchiz edilmiş "Xbox One" versiyasını təqdim edəcək. Oktyabrın 28-dən etbarən "Sunset Overdrive" oyun paketini ehtiva edən "Xbox One" versiyası da satışa çıxarılacaq.
 
Aynur Vəliyeva



Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024