12px13px15px17px
Tarix:13/08/14

“R.I.S.K.” şirkətinin “Leica” laboratoriyası “AZS ISO/IEC 17025:2009” standartı üzrə akkreditasiyadan keçib

“R.I.S.K.” şirkəti əsasında fəaliyyət göstərən “Leica Geosystems AG” laboratoriyası Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akrreditasiya Xidmətində akkreditasiyadan keçib.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, laboratoriyanın fəaliyyəti alınmış attestata uyğun olaraq dövlətlərarası keyfiyyət standartı olan “AZS ISO/IEC 17025:2009”a uyğundur və sınaq kalibrəmə laboratoriyalarının tələblərinə cavab verir.
 
Hazırda “R.I.S.K.” şirkətinin “Leica” laboratoriyası istehsalçı və dövlət tərəfindən rəsmiləşdirilib.
 
“R.I.S.K.” şirkəti 1997-ci ildən etibarən “Leica Geosystems”in rəsmi distribüteri və servis mərkəzidir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 968

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024