12px13px15px17px
Tarix:14/08/14

2013-cü ildə qlobal mobil reklam bazarının həcmi iki dəfə artıb

"Interactive Advertising Bureau" (IAB) və "IHS Technology" analitik şirkətlərinin hesabatına əsasən, 2013-cü ildə qlobal mobil reklam bazarının həcmi əvvəlki illə müqayisədə 92 faiz artaraq 19,3 milyard dollar olub.
Banner reklamı seqmentində 123 faiz artım təşkil edib.

Mobil qurğularda göstərilən kontekst reklamı 92 faiz gəlir artımı ilə müşayiət olunub. "IAB" şirkətinin məlumatına görə, smartfonların bazara aktiv nüfuzetmə səviyyəsi və mobil internet üçün ucuz tarif planının yayılması artıma səbəb olub. Mobil mesajlar üzrə reklam seqmentində 19,4 faiz artım qeydə alınıb.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, eyni zamanda, reklam bazarı gəlirinin əsas hissəsi (49 faiz və ya 9.5 milyard dollar) kontekst reklamın payına düşür. Banner reklamında bu göstərici 41,5 faiz və ya 8 milyard dollar, SMS mesajlar üzrə isə 9,6 faiz və ya 1,9 milyard dollar təşkil edib.
Coğrafi nöqteyi-nəzərdən mobil reklam bazarı Latın Amerikasında daha aktiv templə inkişaf edib. Şimali Amerikada mobil reklamdan əldə olunan gəlirin həcmi 122 faiz artıb və qlobal gəlirin 42 faizi bu regionun payına düşüb.
 
Avropa bazarında da yüksək artım tempi qeydə alınıb. Belə ki, mobil reklamdan əldə olunan gəlirin 17 faizi bu regionun payına düşür. Asiya-Sakit okean regionu isə gəlir həcminə (39 faiz) görə ikinci yerdə qərarlaşıb.
 
Emil Hüseynov




Baxış sayı: 815

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024