12px13px15px17px
Tarix:14/08/14

Qubada ən ucqar kəndlərdə belə əhaliyə yüksək keyfiyyətli poçt xidmətləri göstərilir

Qubada ən ucqar kəndlərdə belə əhaliyə yüksək keyfiyyətli poçt xidmətləri göstərilir. Quba Poçt Filialının rəisi Eldar Akimi deyir ki, poçtamtın mübadilə avtomobili rayon mərkəzindən 57 kilometr uzaqlıqda yerləşən Xınalıq kəndinə belə poçt göndərişlərini problemsiz olaraq çatdırır:

"Relyefin mürəkkəb olmasına baxmayaraq hər bir poçt göndərişi poçtlara vaxtında çatdırılır. Əvvəllər kənddə  yeganə radiotelefon  poçt şöbəsində olub. Hazırda kənd sakinlərinin mənzilləri telefonlaşdırılıb. 2005-ci ildə yolsuzluq şəraitinə baxmayaraq Xınalıq kəndində milli üslubda poçt şöbəsi tikilib. Şöbədə sakinlərə yüksək səviyyədə bütün poçt xidmətləri göstərilir".

 Quba-Xınalıq yolunun çəkilməsi bu bölgəyə turist axınını sürətləndirdirib. Bu da bütün sahələr kimi poçt rabitəsinin inkişafına öz təsirin göstərib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı poçt rabitəsi sahəsinin inkişaf planına uyğun olaraq poçtların ən müasir xidmət səviyyəsinə çatdırılması uğurların əldə olunmasına səbəb olub. Poçtamt rəisi bildirib ki, son vaxtlar poçt şöbələri tərəfindən əhaliyə göstərilən poçt xidmətləri - bağlama, moneqram, məktub banderol, pul köçürmələri, teleqram qəbulu, göndərilməsi və çatdırılması, mətbuat abunəsi və satışı, şəhərlərarası telefon, kommunal haqlarının yığımı, müxtəlif kommersiya xidmətləri sahəsində artım müşahidə olunur.

 "Azərpoçt"MMC-nin dəstəyi ilə rayonda poçtamt tərəfindən müasir tələblərə cavab verən poçt şöbələri tikilərək sakinlərin istifadəsinə verilib. Hər bir poçt şöbəsi bugünkü tələblərə cavab verən müasir avadanlıqlarla təchiz edilib. Hazırda  şəhərin bütün poçt şöbələri ilə paralel olaraq bu kəndlərdə də poçt şöbələri kompüterləşdirilir ki, bu da sakinlərin kommunal haqlarının ödənişi ilə yanaşı onların teleqram və moneqramlarının daha operativ şəkildə ünvanlarına çatdırılmasını təmin edir.

  Bu gün poçtun yerlərə vaxtında çatdırılması və təhlükəsizliyi əsas məsələ kimi önə çəkilib.

   Quba poçtamtı tərəfindən poçtun vətəndaşlara daha da yaxınlaşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə daim tədbirlər həyata keçirilir. Yerlərdə poçt xidmətləri təbliğ edilir, bu xidmətlərdən vətəndaşların geniş şəkildə faydalanması üçün maarifləndirmə işləri aparılır. Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə uyğun olaraq  poçtamt tərəfindən kəndlərdə icmal poçt şöbələri yaradılıb. Bu şöbələr tərəfindən əhaliyə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hər cür şərait var. Bütün göstəricilərinə görə daim öncül olan poçtamt yeni xidmət sahələrinin yaradılması istiqamətində də fəaliyyətini genişləndirir.
 
RƏVAN
 
 



Baxış sayı: 1191

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024