12px13px15px17px
Tarix:14/08/14

“Google” okean üzərindən yüksəksürətli kabelin çəkilməsinə kömək edəcək

"Google" və beş böyük şirkət məlumatların sürətli ötürülməsi üçün Sakit okeanın dibi üzrə  kabelin çəkilməsi ilə məşğul olacaqlar.
 
"Faster" adlandırılmış kabel ABŞ və Yaponiyanı birləşdirəcək. Konsorsium layihənin qiymətini 300 milyon dollar dəyərində qiymətləndirir.
 
"ICTnews" elektron xəbər xidməti "unian.net" saytına istinadən bildirir ki, transokean fiber-optik xətti bir saniyədə 60 terabaytadək məlumatların ötürülməsini təmin edəcək. Məsələn, bir saniyədə "HD" keyfiyyətində 2000 film ötürmək mümkündür.
 
Kabel 2016-cı ildə istismara veriləcək.
 
"Google" layihə üzərində Asiyanın telekommunikasiya bazarının nəhəngləri ("China Mobile", "China Telecom", "Global Transit", "KDDI" və "SingTel") ilə birgə işləyir.
 
Kabel Yaponiyada Çikura və Şima şəhərlərini ABŞ-ın qərb sahilində yerləşən ən böyük mərkəzlərlə (Los-Anceles, San-Fransisko, Portlend və Sietl) birləşdirəcək.
 
Emil Hüseynov



Baxış sayı: 849

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024