12px13px15px17px
Tarix:14/08/14

“Microsoft” boşluqları aradan qaldıraraq Azərbaycan manatını tanıdı

“Microsoft” şirkəti proqram təminatlarında boşluqları aradan qaldıraraq “Windows 8.1”ə Azərbaycan manatı simvolunun dəstəyini əlavə edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, korporasiya “Windows”, “Internet Explorer”, “Office”, “SQL Server”, “SharePoint Server” və “.NET Framework”də 37 boşluğu aradan qaldıran təhlükəsizlik üzrə 9 bulleten buraxıb. İki bülleten zəiflik səviyyəsinə görə “kritik” xarakter daşıyır, qalan 7-si “əhəmiyyətli” zəiflik səviyyəsi xarakteri  daşıyır.

 Ləğv edilən boşluqların əksəriyyəti (26-sı) “Internet Explorer”yə aiddir. Veb-brauzerdə aşkar edilmiş boşluqların hamısı kritik olub.

Yenilənmə “Internet Explorer”nin bütün versiyalarına aiddir. Bundan başqa, “Microsoft” şirkəti  sistemdə üstünlükləri artırmağa imkan verən “SQL Server”, “SharePoint Server”  və “OneNote” kritik boşluqları da aradan qaldırıb.

Təhlükəsizlik bülletenləri ilə yanaşı “Microsoft” şirkəti “Windows 8.1” (KB 2975719) funksional yenilənmə paketini də təqdim edib. Yenilənmə kompüterin sazlanma imkanlarını, “mouse” la taçpadın işini genişləndirir.
Qeyd edək ki, yenilənmə tətbiq edildikdən sonra sistem əlavə təhlükəsizlik üçün “Internet Explorer”də bütün köhnəlmiş “ActiveX” plaqinləri bağlamağa başlayacaq.
 
Aynur Vəliyeva
 

 





Baxış sayı: 1217

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024