12px13px15px17px
Tarix:14/08/14

AYB kitabları onlayn satışa çıxarır

Azərbaycan Yazıçılar Birliyi (AYB) ölkədə internet istifadəçilərinin sayının günü-gündən artmasını və müasir dövrün tələblərini nəzərə alaraq informasiya- kommunikasiya texnologiyalarından daha geniş şəkildə istifadə edəcək.
 
Bu məqsədlə AYB kitab çapı və onlayn satışla bağlı yeni layihəyə start verəcək. Sözügedən məsələ ilə bağlı qurumun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, adıçəkilən yeni layihədə kitabların "AYB Kitab" loqosu altında nəşri nəzərdə tutulur. Eyni zamanda, layihə ilə bağlı bütün yenilikləri özündə əks etdirən "AYBkitab.az" saytı da yaradılacaq. "Sayt kitabların çapı və onlayn satışla bağlı bütün məsələləri özündə əhatə edəcək", – deyə AYB-nin mətbuat xidmətindən bildirilib.
 
 O da qeyd olunub ki, vahid loqo altında çap ediləcək kitablar istedadlı və ədəbi mühitdə aktiv olan bütün yazarları əhatə edəcək. Nəzərdə tutulur ki, gələcəkdə dünya ədəbiyyatından da kitablar çap edilsin. Amma layihənin əsas məqsədi müasir Azərbaycan ədəbiyyatını təbliğ etmək, yazıçı və şairlərə mənəvi dəstək verməkdir. Bunun üçün də bir neçə böyük nəşriyyatla müqavilə imzalanacaq və kitab satışının gəlirindən müəlliflərə qonorar ödəniləcək.
 
 
SEYMUR



Baxış sayı: 894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024