12px13px15px17px
Tarix:15/08/14

Smartfonların tədarükü ilk dəfə rüb ərzində 300 milyonu ötüb

"IDC" analitik şirkətinin hesabatına əsasən, 2014-cü ilin ikinci rübündə qlobal smartfon tədarükü ilk dəfə 300 milyon qurğunu ötüb.
 
"IDC" analitiklərinin məlumatına görə, ötən illə müqayisədə smartfon tədarükü 25  faiz artaraq 301,3 milyon qurğu təşkil edib. Qlobal tədarüklərin 96.4 faizi "Android" və "iOS" platformasının payına düşüb.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, rüb ərzində "Android" mobil əməliyyat sistemi ilə işləyən smartfonların sayı 33 faiz artaraq 255,3 milyon qurğu olub. Beləliklə, qeyd olunan müddətdə platformanın payı 5 faiz artıb.
 
Qiyməti 200 dollardan aşağı "Android" qurğuların buraxılışı və inkişaf etməkdə olan bazarlarda bu aparatların populyarlığı artım üçün katalizator rolunu oynayıb.
 
"Apple" şirkəti "iOS" platforması ilə işləyən smartfonların satış həcmini 35,2 milyonadək artırmağa nail olub, qlobal tədarükdə bu platformanın payı 11,7 faizdək azalıb. "IDC" ekspertləri bildiriblər ki, ilin sonuna yaxın adətən yeni "iPhone" smartfonunun nümayişindən sonra "Apple" şirkətinin satış həcmi artır.
 
İkinci rübün yekununa görə, "Windows Phone" platforması ilə işləyən smartfonların tədarükü 7,4 milyon və ya bazarın 2.5 faizi səviyyəsində  qiymətləndirilib. Ötən illə müqayisədə satışın həcmi nisbətən azalsa da, amma platforma üçüncü yerini qoruyub saxlayır. Analitiklərin proqnozuna görə, 2014-cü ilin ikinci yarısında vəziyyət "Microsoft" platformasının xeyrinə dəyişə bilər, çünki inkişaf etməkdə olan bazarların istehsalçıları "WP" smartfonlar buraxmağa başlayacaq.
 
"BlackBerry" şirkəti birinci rüblə müqayisədə öz mövqeyini nisbətən  yaxşılaşdıra bilib, amma ötən illə müqayisədə smartfonlarının satış həcmi (1.9 milyon) 78 faiz aşağı olub.
 
Emil Hüseynov



Baxış sayı: 852

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024