12px13px15px17px
Tarix:15/08/14

EİM İqtisadiyyat və Sənaye Nazirliyində yüksək texnologiyaların tətbiqi üzrə fəaliyyətin əlaqələndirilməsinə dair danışıqlar aparıb

Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) İqtisadiyyat və Sənaye Nazirliyində danışıqlar aparıb. EİM-dən bildirilib ki, görüş Elmi İnnovasiyalar Mərkəzinin Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, Baş direktorun müavini Məmməd Bağır-zadə ilə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Cəmaləddin Quliyev arasında keçirilib.
 
Görüşdə danışıqların əsas mövzusu elmi-texniki əməkdaşlıq və yüksək texnologiyalar üzrə elmi-texniki və innovasiya siyasətinin işlənməsi, həyata keçirilməsi, habelə yüksək texnologiyaların tətbiqi üzrə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı olub.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024