12px13px15px17px
Tarix:15/08/14

Şirkətlərin 41 faizi informasiya təhlükəsizliyi xərclərini artırmaq niyyətindədir

İnformasiya təhlükəsizliyi problemi həmişə İT mütəxəssislərini narahat edib. "Tech Pro Research" analitiklərinin araşdırmasına görə, hazırda müəssisə daxilində təhlükələr və böyük məlumat itkisi fonunda İT mütəxəssislər daha çox narahatlıq keçirirlər.
 
Ekspertlər informasiya texnologiyaları sahəsində çalışan 244 mütəxəssis arasında sorğu keçiriblər. İşin nəticəsinə görə "İT təhlükəsizlik: problemlər, büdcələr, tendensiyalar və planlar" adlı araşdırma tərtib edilib.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, respondentlərin 41 faizi deyib ki, 2015-ci ildə onlar haker hücumları və məlumat itkisindən mühafizə ilə bağlı İT büdcənin həcmini artırmağa hazırlaşırlar. Bu göstərici 2013-cü ildə texnologiyalar üçün xərclərini artırmış şirkətlərin sayından çoxdur. Sorğu iştirakçılarının yalnız 11 faizi növbəti ildə informasiya təhlükəsizliyi xərclərini azaltmaq niyyətini açıqlayıb.

Rəyi soruşulanların təxminən 66 faizi KİV-də məxfi məlumatların genişmiqyaslı itkisi haqda xəbərlərin dərcindən sonra informasiya təhlükəsizliyi problemindən narahat olduqlarını ifadə ediblər. Amma yalnız 1000 nəfərdən ibarət böyük təşkilatlar haker hücumları və məlumat itkisindən mühafizəni yaxşılaşdırmağı planlaşdırır. Kiçik təşkilatlar əvvəlki kimi öz informasiya təhlükəsizliyinə təhdid görmürlər.

Emil Hüseynov



Baxış sayı: 915

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024