12px13px15px17px
Tarix:15/08/14

“Cisco” yenə də unifikasiya edilmiş kommunikasiyalar sahəsində liderdir

“Gartner” şirkəti artıq yeddinci dəfədir ki, “Cisco”nu liderlər kateqoriyasına daxil edir.

“ICTnews” elektron xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Gartner” 2014-cü il üzrə “Unifikasiya edilmiş kommunikasiyalar üçün kritik imkanlar” hesabatında “Cisco” şirkətinə “Telefoniyaya yüksək tələbatlı unifikasiya edilmiş kommunikasiyalar üçün tam dəst həllər” ssenarisinin istifadəsinə görə 4,33 bal və “Hibriod həllərin təklif edilməsi imkanı” üzrə 4,13 verib. Qeyd edək ki, bu reytinqin ən yüksək ballarıdır.

“Gartner” ekspertlərinin fikrincə,  unifikasiya edilmiş kommunukasiyaların əsas məqsədi biznes proseslərin optimallaşdırılması və istifadəçi məhsuldarlığının artırılmasından ibarətdir.

“Cisco”nun bu sahəyə spesifik yanaşması var. Şirkət illərdir, əsas innovasiya və inteqrasiya üsullarını   yaratmaqda davam edir. Beləliklə, sifarişçiləri telefoniya, video, veb-konfrans, məlumat mübadiləsi əlaqə mərkəzi və s. kimi sahələrdə aparıcı həllər dəstinin üstünlükləri təmin edir.
 
Aynur Vəliyeva



Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024