12px13px15px17px
Tarix:15/08/14

Smartfonlara gizlicə qulaq asmaq olacaq

Stenford Universitetinin tədqiqatçıları İsralin hərbi texnologiyalar sahəsində hazırlamalarla məşğul olan “Rafael” şirkətinin nümayəndələri ilə birgə müəyyənləşdiriblər ki, qurğuların məkanda vəziyyətinin təyini üçün müasir smartfonların əksəriyyətinə quraşdırılmış jiroskoplar vasitəsi ilə smartfonlara gizlicə qulaq asmaq mümkün olacaq.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, tədqiqat zamanı alimlər müəyyən ediblər ki, jiroskop yalnız smartfonun məkanda vəziyyətini deyil, həmçinin qurğunun ətrafında havanın cuzi dəyişikliyini qeydə ala bilər. Bu xüsusiyyət jiroskopa smartfondan yaxın məsafədə səsləndirilmiş səsləri kifayət qədər yüksək dəqiqliklə “tanımağa” imkan verir.
 
Tədqiqatçıların keçirdiyi sınaqda smartfon yaxınlığında 0-dan 10-dək rəqəmlər səsləndirilib. Nəticədə jiroskop səsləndirilmiş sözlərin 65 faizini aydın şəkildə müəyyən edib.
 
 
Jiroskopun bu gizli imkanı informasiya təhlükəsizliyinə ciddi təhlükədir. Çünki istifadəçilər hər hansı şübhəli tətbiqin fotokamera, “GPS” modulu və ya mikrofona müdaxiləsinə qadağa qoya bilər, amma jiroskopa yox.
 
Tədqiqatın ətraflı nəticələri və digər texniki aspektlər gələn həftə “Usenix” təhlükəsizlik konfransında təqdim ediləcək.
 
Emil Hüseynov
 

 
 



Baxış sayı: 1165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024