12px13px15px17px
Tarix:16/08/14

Ürəyin işinə nəzarət edən "Ağıllı geyim"

İspaniyanın “Nuubo” şirkəti İspaniyada və Avropanın digər şəhərlərində geyimə tətbiq edilmiş ürək fəaliyyətinə nəzarət sisteminin satışına başlayıb.
 
“ICTnews” xəbər xidmətinin “www.ferra.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkətin əsas məhsulu ürək fəaliyyətinin monitorinqi üçün “nECG” platformasıdır.
 
Platforma üç elementdən ibarətdir:
  • “nECG Shirt”. EKQ siqnallarını oxuyan “BlendFix” toxuma malları elektrodları ilə təchiz edilmiş  “nECG” futbolkası;
  •  
  • “nECG Minder”. “nECG Shirt” köməyi ilə məlumatı qeydiyyata alan simsiz qəbuledici.
  •  
  • “nECG Suite”. “nECG Minder” tərəfindən ötürülmüş məlumatları emal edən təhlil və vizualizasiya proqramı, həmçinin hesabatları generasiya edir və geniş təhlil aparır.
 
Şirkət öz platformasını  tibb aləti kimi təqdim etmək niyyətində deyil, onun məqsədi özünənəzarət üçün məlumatın əldə edilməsi vasitəsi yaratmaqdır.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 919

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024