12px13px15px17px
Tarix:16/08/14

Rusiya yeni məxfi peyk rabitəsi sistemini yaradır


Rusiya, büdcəsi 65 milyard rubla başa gələcək, yeni məxfi peyk rabitəsi sistemini yaradır.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, hazırda fərdi kosmik rabitə infrastrukturunun yaradılması üzərində işlər aparılır. Bu, peyk rabitəsinin məxfiliyini təmin edə biləcək. 2016-2025-ci illəri əhatə edən Federal Kosmik Proqrama (FKP) uyğun olaraq “Roskosmos”  və Rusiyanın Müdafiə Nazirliyi, məxfi mobil rabitə yaratmaq məqsədi ilə “Ellips” kosmik kompleksini yaratmaq təklifini irəli sürüb.
 
FKP-nin müəlliflərinin gözləntilərinə əsasən, sistemin ötürmə qabiliyyəti 2025-ci ilədək 120 gigabit təşkil edəcək, bu da milyonadək yüksəksürətli abunə terminalına eyni vaxtda    xidmət göstərməyə imkan verəcək.
 
Ehtimal edilir ki, “Ellips” ölkə rəhbərliyi  və hərbçilər tərəfindən təhlükəsiz rabitə qurmaq üçün istifadə ediləcək. Sistem yeni nəsil kosmik aparatlar olan “Гонец1” və “Гонец2” üzərində işləyəcək.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024