12px13px15px17px
Tarix:18/08/14

Mobil telefonla danışan sürücüləri aşkar edən alqoritm hazırlanıb

ABŞ sürücülərinin 85 faizi nəqliyyat vasitəsini idarə edən zaman mobil telefondan istifadə edir. Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyanın məlumatına görə, sutkanın işıqlı vaxtında avtomobillərin 5 faizi hərəkət zamanı telefonla danışan insanlar tərəfindən idarə olunur.  
 

“MIT Technology Review” nəşrinin yazdığına görə, telefon nömrəsinin yığılması üçün təxminən beş saniyə vaxt lazımdır. Bu müddət ərzində saatda 100 km sürətlə hərəkət edən avtomobil təqribən 140 metr məsafə qət edir. Statistikaya əsasən, qəzaların 80 faizi diqqətini yoldan üç saniyə yayındıran sürücülərin günahı ucbatından baş verir.  
 

Avtomobili idarə edən zaman mobil telefondan istifadənin yol hərəkəti qəzasına səbəb olma ehtimalını başa düşmək üçün yüksək intellektə malik olmağa ehtiyac yoxdur. Bununla əlaqədar olaraq müxtəlif ölkələrin tədqiqatçıları avtomobilləri mobil telefondan istifadə edən sürücüləri müəyyən edən və mümkün təhlükə barədə xəbərdar edən sistemlərlə təchiz edirlər.  
 

Belə ki, Braziliya Dövlət Santa-Katarina Universitetinin alimləri sürücünün sükan arxasında telefonla danışmasını müəyyən edən kameranın cihaz panelində quraşdırılmasını təklif ediblər.
 

Kameradan alınan fotoşəkillər üç mərhələdə emal olunacaq. Əvvəlcə kamera sürücünü aşkar edərək onun üzünü və qulaq ətrafını qeydə alır. Sonra proqram əl təsvirləri axtarışındakı pikselləri təhlil edir. Sistem sürücünün telefonla danışmasının müəyyən edən zaman müvafiq xəbərdarlıq edir.

 
Saniyədə 15 kadr çəkən “320 х 240” piksel təsvir ölçüsündə kamera ilə təchiz edilən sistemin sınaqları artıq real şəraitdə keçirilib. Tədqiqatçılar qeyd edirlər ki, bəzi hallarda alqoritmin dəqiqliyi kəskin aşağı olub. Məsələn, günəş şüalarının birbaşa dərinin üzərinə düşməsi təsvirin kontrastlığını çox dəyişib. Lakin sistemin işi ümumilikdə qənaətbəxş hesab edilib.

 
Sistemin sürücüləri təhlükə barədə səs siqnalı və ya digər üsullarla xəbərdar edəcəyi hələ ki məlum deyil. Daha bir problem isə sistemin sürücüləri sükan arxasında telefonla danışmaqdan imtina etməyə məcbur etməsi ilə əlaqədardır. Çünki onlar siqnal xəbərdarlığını rədd edə və ya əlcəkdən istifadə edə bilərlər, - "Hi-Tech News” www.hi-news.ru yazır.  
 



Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024