12px13px15px17px
Tarix:18/08/14

Maliyyə və bank strukturlarına kiber hücumlar artır

“Trend Micro” şirkətinin  "Ötüb keçmə oyunu: kiber cinayətkarların taktiklərinin dəyişməsinə necə reaksiya verilməlidir" hesabatına əsasən 2014-cü ildə kiberhücum və  məlumat itkisinin həcmi artıb.
 
Hesabatda bildirilib ki, maliyyə və bank strukturlarına edilən  hücumlar daha ciddi şəkil alıb.
 
Bu ilin iyul ayının sonunadək 10 milyondan çox fərdi informasiya hücuma məruz qalıb.  Müşahidələr göstərir ki, təşkilatlara rəqəmli informasiyaların mühafizəsi üçün strateji yanaşma tələb olunur.
 
Hücumlar istifadəçilərin adı, parolları, elektron poçt ünvanları, telefon nömrələri və s. kimi informasiyalar daxil olmaqla,  əsasən, fərdi məlumatlara yönəldilib.
Fərdi informasiyaya yönəldilmiş hücumlar, satış həcminin səviyyəsinə, təşkilatların gəlirlərinə neqativ təsir göstərib.
 İstifadəçilər də bir sıra problemlərlə üzləşiblər. Məsələn,  öz internet hesablarına çıxış əldə edə bilməyiblər. Bu problemlərin qarşısını almaq üçün bir çox ölkələrdə fərdi məlumat mühafizəsi sistemi hazırlanıb.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 766

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024