12px13px15px17px
Tarix:18/08/14

“LG” dünyada ilk dəfə olaraq əyilmiş monitor istehsal edib

“LG Electronics” şirkəti  dünyada ilk “21:9” formatlı tərəf nisbətli “kinematiqrafik” əyilmiş kompüter monitoru istehsal edib.
 
“ICTnews”  elektron xəbər xidmətinin “DailyComm” nəşrinə istinadən verdiyi məlumata əsasən, yeni model sentyabrın əvvəlində Berlində keçiriləcək “IFA 2014” sərgisində təqdim ediləcək.

“34UC97” adlı model “In-Plane Switching” texnologiyası üzərində hazırlanmış 34 düymlük displeyə malikdir. Monitorun ölçüsü “3440 х 1440” nöqtədir və  “16:9” formatında hazırlanıb.
 
Tərtibatçılar israr edirlər ki, bu cür əyilmiş ekranda orijinal keyfiyyətdə filmlərə baxmaq daha rahatdır.
 
Qeyd edək ki, bir çox müasir monitor və televizor “16:9” tərəf nisbətinə malikdir.
Məhsulun xüsusiyyətlərinin tam çeşidi göstərilməyib.

Aynur Vəliyeva
 



Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024