12px13px15px17px
Tarix:18/08/14

Vulkan palçığının tibdə tətbiqində innovativ yanaşmalarla bağlı biznes layihəsi hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi (EİM) “Vulkan palçığının müalicəvi xüsusiyyətləri və onun tibdə tətbiqində innovativ yanaşmalar” adlı innovativ biznes - layihə hazırlayıb.
 
Layihə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşı, geologiya-minerologiya elmləri doktoru Çingiz Qaşqayın rəhbərlik etdiyi elmi-texniki tədqiqata əsaslanır. EİM-dən bildirilib ki, dünyada 700-dən çox müxtəlif palçıq vulkanı vardır ki, onlardan 300-ə yaxını Azərbaycanda yerləşir:
 
“Vulkan palçığı yüksək konsentrasiyalı palçıqlardan fərqli olaraq daha yumşaq təsir göstərir. Onun tərkibində yodun suda həll olunan duzları, brom, sink, mis, litium və s. bioloji aktiv təsirə malik olan unikal maddələr vardır. Məhz palçığın tərkibinin kompleksliyi və nisbətlərin həmahəngliyi təkrar olunmayan müalicə effektini təmin edir. Vulkan palçığı səthi mənşəli palçıqların digər növlərindən fərqli olaraq, mövsümi və iqlim təsirlərindən asılı deyildir - hər zaman öz tərkibi, xüsusiyyətlərini qoruyur. Onun təbiiliyi və müalicəvi kompozisiyası xəstələrdə inam yaradıb”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1104

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024