12px13px15px17px
Tarix:19/08/14

“Microsoft” “Windows” yeniləməsini silməyi tövsiyə edir

"Microsoft" şirkəti "Windows"un sonuncu təhlükəsizlik yeniləməsini silməyi tövsiyə edib. Belə ki istifadəçilər yeniləməni yüklədikdən sonra "göy ekran" problemi ilə rastlaşıblar.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Microsoft" şirkəti üç səhvi aradan qaldırmaq üçün "MS 14-045" yeniləməsini avqustun 12-də buraxıb. Amma onu quraşdırdıqdan sonra "Microsoft"un texniki dəstək forumunda "göy ekran" kimi tanınan "Step 0x50"  səhvi haqda çoxsaylı məlumatlar yerləşdirilib.
 
"Hazırda "Microsoft" bu yeniləmənin quraşdırılması ilə bağlı sistemin işini araşdırır. İstifadəçilərə bu yeniləməni silməyi tövsiyə edirik. "Microsoft" əlavə tədbir qismində 2982781 nömrəli təhlükəsizlik yeniləməsinə istinadları silib", – şirkətin saytında yazılıb.
 
Emil Hüseynov
 

 



Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Aprel 2024

10 04 2024