12px13px15px17px
Tarix:19/08/14

Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək

"Yeni Fikir -2014" müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Lion Farm" proqramında final mərhələsinə yüksəlib.
 
 "Lion Farm" – "Imperious Group" Vençur Fondu  və "Happy Farm" biznes sürətləndiriciləri tərəfindən keçirilən, "toxum"dan əvvəlki mərhələdə olan İT "startup"ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır.
 
Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə "Silikon Vadisi"ndə təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazanır.
 
Beləliklə, "Yeni Fikir-2014" müsabiqəsinin qalib komandası "BethClip" də 16 avqust tarixində Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək, dünyanın müxtəlif  yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşüb və 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış olub.
 
Buna görə də 18 avqustdan başlayaraq "BetClip" komandası iki həftə Kiyevdə mentorlarla birgə işləyərək layihələrinin inkişaf etdirilməsinə başlayıblar.
 
Daha sonra isə Azərbaycana qayıdacaq komanda üzvləri buradan iki həftə distant təlimlər, seminarlar və mentor dəstəyi əldə edəcəklər.
 
Növbəti iki həftədə isə komanda "Apple", "Microsoft" kimi dünya nəhənglərinin yer aldığı və "Startup" dünyasının mərkəzi hesab olunan "Silikon Vadisi"ndə təcrübə keçəcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1251

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024