12px13px15px17px
Tarix:19/08/14

Qurğular sahiblərini “elektron aura” ilə tanıyacaq

Kembric Universitetinin tədqiqatçıları identifikasiyanın həyata keçirilməsində yeni texnoloji yanaşma üzərində iş aparırlar. Söhbət bir neçə kiçik qurğunun "elektron aura" yaratması prosesindən gedir ki, bu da əsas qurğuya unikal identifikasiya siqnalını ötürməyə imkan verir.
 
Eyni zamanda, Oksford Universitetinin alimləri biomexanikaya əsaslanan və insanı hərəkəti, davranışı və qurğularla əlaqəsi ilə müəyyənləşdirən üsullar hazırlayırlar. 
 
Layihə müxtəlif əşyalar – saytlar, bankomat və avtomobillər, habelə insanı tanıyan bütün əşyalar üçün uçot məlumatları saxlayan daşınan qurğudan istifadəni təklif edir. Alimlərin fikrincə, bu, istifadəçini müxtəlif servislərin bütün parollarını yadda saxlamağa məcbur etməyən, istifadəsi çox sadə və həyatı xeyli asanlaşdıran üsuldur.

Qurğu şəbəkəyə sahibinin şəxsiyyətini təsdiq etməyə ehtiyac yarandıqda qoşulur və bədən və ya geyimdə daşınan "Picosiblings" adlı ikinci dərəcəli cihazlar vasitəsilə həyata keçirilir.
 
Bu gözün tor qişası və ya barmaq izləri nümunələri kimi bioloji informasiyadan istifadədə əsas problemi həll edir. Onlarda parol kimi kompromat və ya müdaxilədən sonra dəyişikliklər etmək mümkün deyil. Bundan başqa, fırıldaqçı qurğunu oğurlasa belə, qurğu sahibinin "elektron aura"sını və ya onun bir hissəsini dəyişməyin mümkün olmamasına görə informasiyanı əldə edə bilməyəcək, - "Newsru" www.newsru.com yazır.  





Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024