12px13px15px17px
Tarix:19/08/14

Namaz qılmaq üçün “ağıllı canamaz” icad edilib

Dağıstan biznes akseleratorlarının rezidentləri namaz qılmaq üçün “ağıllı canamaz” icad ediblər.
 
“ICTnews” elektron xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, akseleratorun saytında təqdimat yerləşdirilib. Sənəddə bildirilir ki, canamaz rükətlərin sayını itirməmək və bütün hərəkətləri düzgün etmək üçün datçiklərlə təchiz edilib.
 
“Dindar namazında səhv buraxdıqda sensorlar, dua etməyə maneə törətməyən  vibrasiyalı siqnallar verir”, — deyə startapçılar öz icadlarını belə xarakterizə edirlər.
 
Onlar məhsulun pilot buraxılışını və testləşdirməsini təmin etmək məqsədi ilə yarım milyon rubl sərmayə cəlb etmək niyyətindədirlər.
 
Dua etmək üçün “ağıllı canamaz”ı icad edənlər artıq öz məhsullarını Rusiyada patentləşdiriblər və yaxın zamanda beynəlxalq patent əldə etmək niyyətindədirlər.

Onlar hesab  edirlər ki, qurğuya böyük tələbat olacaq. Çünki dünya üzrə 1,6 milyard müsəlman yaşayır.

Aynur Vəliyeva



Baxış sayı: 898

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024