12px13px15px17px
Tarix:19/08/14

Milyonlarla smartfon sahibi antivirus proqramından istifadə etmir

"10 mobil qurğu istifadəçisindən 4-ü informasiyanın qorunması üçün tətbiq quraşdırmağa tələsmir". Bu haqda  ABŞ-ın "NCA" agentiyi məlumat yayıb.  Agentlik bildirib ki, masaüstü kompüter və noutbuklarda eyni analoji vəziyyət hökm sürür. Sözügedən avadanlıqların 5 sahibindən 2-si antivirus və brandmauer quraşdırmadan istifadə edir.
 
Qeyd edək ki, müvafiq sorğu Böyük Britaniya sakinləri arasında keçirilib və qeydə alınan vəziyyət analitikləri narahat edib.
 
"ICTnews" elektron xəbər xidməti "infox.ru" saytına istinadən bildirir ki, keçirilmiş sorğuya əsasən, respondentlərin 40  faizi öz kompüterlərinə antivirus proqram təminatı quraşdırsalar da, onlar sistemi yoxlamırlar və müvafiq məlumat bazasını yeniləmirlər.

Smartfon istifadəçiləri arasında bu göstərici 56 faiz təşkil edib.
 
Bundan başqa, ümumi smartfon istifadəçilərinin beşdə bir hissəsi çox vaxt etibarlı olmayan mənbələrdən məzmun yükləyir. Kompüter və noutbuk istifadəçiləri arasında bu göstərici ümumi sayın dörddə birini təşkil edir.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024