12px13px15px17px
Tarix:19/08/14

“HTC” şirkəti “Butterfly 2” smartfonunu nümayiş etdirib

"HTC" şirkəti Asiya bazarları üçün "Butterfly 2" smartfonunu təqdim edib. Bundan əvvəl aparat "J Butterfly" adı ilə Yaponiyanın "KDDI" operatorunun şəbəkəsində əlçatan olub. Aparatın satışı sentyabrın 2-ə planlaşdırılıb.
 
Cihaz 1920×1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 801" çipi, 2 QB əməli və 16/32 QB daxili yaddaşla təchiz olunub.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Butterfly 2" aparatı 13 meqapiksellik əsas ikiqat kamera, həmçinin "şelfi" şəkillər üçün ön 5 meqapiksellik fotomodulla təchiz olunub. Smartfon toza davamlı və sukeçirməz plastik korpus, həmçinin "BoomSound" stereodinamikləri ilə təchiz edilib. Akkumulyatorun tutumu 2700 milliamper/saat təşkil edir, "Android 4.4 KitKat" əməliyyat sistemi quraşdırılıb.
 
Smartfonun ölçüləri 145,4×70,2×9,99 mm, çəkisi isə 151 qramdır.
 
Emil Hüseynov
 



Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024