12px13px15px17px
Tarix:20/08/14

“Tianhe-1A” superkompüterindən şəhərlərin layihələndirilməsi üçün istifadə olunacaq

Dünyanın ən güclü superkompüterlərindən biri hesab edilən Çinin “Tianhe-1A” superkompüterinin yaradıcıları ondan adi hesablamaların yerinə yetirilməsi ilə yanaşı, gələcəkdə şəhərlərin tikintisinin layihələndirmə işlərində istifadə etməyi planlaşdırırlar.  
 
Tərtibatçıların məlumatına görə, “Tianhe-1A” planlaşdırma və layihələndirməni yerinə yetirə, eləcə də şəhərdə binaların tikintisini idarə edə bilər. Bundan başqa, modelləşdirmə vasitəsi ilə superkompüter binaların ucaldılması üçün lazım olan inşaat materiallarının sayını dəqiqliklə hesablayır.
 
“Tianhe-1A” superkompüterindən şəhər metrosunun layihələndirilməsində istifadə istehsal xərclərini 10-20 faiz azaldacaq”, - superkompüterin tətbiqi şöbəsinin rəisi deyib.
Müəlliflərin fikrincə, superkompüterin saniyədə 2507 trilyon əməliyyat hesablama gücünü nəzərə alaraq “Tianhe-1A” gələcəkdə şəhərlərin layihələndirməsinə, meteoroloji proqnoz, biotibbi və digər mürəkkəb avadanlıqların yaradılmasına böyük töhfə verə bilər. 
 
Qeyd edək ki, “Tianhe-1A” 2010-cu ilin noyabrından 2011-ci ilin iyununadək dünyanın ən güclü elektron hesablama maşını reytinqində lider olub. Lakin Yaponiyanın “Fujitsu” şirkətinin istehsalı olan “K computer” superkompüteri istifadəyə verildikdən sonra ikinci yerə enib. Üç il əvvəl “Tianhe-1A” istismara verildikdən sonra onun köməyi ilə havanın proqnozlaşdırılması, iqlim dəyişikliklərinin monitorinqi və ətraf mühitdə müxtəlif  proseslərin modelləşdirilməsində vacib nəticələr əldə olunub, - “Hi-Tech News” www.hi-news.ru yazır.



Baxış sayı: 742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024