12px13px15px17px
Tarix:20/08/14

“HTC One M8” əsasında “vinfon” təqdim edilib

Tayvanın “HTC” şirkəti öz “One M8” smartfonunun yeni versiyasını təqdim edib. Aparatın xarakteristikası və dizaynı cari modeldən fərqlənməyəcək. Amma qurğu “Windows Phone 8.1 Update 1” əməliyyat sisteminin əsasında işləyəcək.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, qabaqcıl smartfonun yeni versiyası bu yaxınlarda ABŞ-da “Verizon” mobil operatorunun mağazalarında 99 dollara (rabitə xidmətləri üzrə iki illik müqavilənin bağlanması ilə) satışa çıxarılacaq.
 
Xatırladaq ki, “HTC One M8” smartfonu bu ilin martında nümayiş etdirilib. Smartfonun əvvəlki versiyası “Android 4.4” əməliyyat sistemi ilə işləyir. Aparat 2.3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” (MSM8974AB) prosessoru ilə təchiz olunub. Qrafikanı “Adreno 330” təmin edir.

Qurğu 1920 x 1080 piksel təsvir ölçülü keyfiyyətli 5 düymlük IPS-ekran, 4 meqapiksellik unikal “ultrapiksel” kamera və 2600 milliamper/saat tutumunda akkumulyatorla təchiz olunub.

Emil Hüseynov



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024