12px13px15px17px
Tarix:20/08/14

“Norton Antivirus” proqram təminatı tarixə qovuşdu

1991-ci ildən bəri ilk dəfə dünyanın ən populyar antivirus paketlərindən biri olan “Norton Antivirus” proqram təminatının növbəti versiyası satışa çıxarılmayacaq. Proqramın istehsalçısı “Symantec” şirkəti bir neçə məhsulunu bir ad altında birləşdirməyə hazırlaşır.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, sentyabrın 23-də özündə “Norton Antivirus”, “Norton Internet Security”, “Norton 360”, “Norton 360 Multi-Device” və “Norton 360 Premier Edition” funksionallığını birləşdirən “Norton Security” proqram paketi istifadəyə veriləcək.
 
Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda təxminən 50 milyon fərdi istifadəçi şirkətin ödənişli məhsullarından istifadə edir.

Emil Hüseynov



Baxış sayı: 583

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024