12px13px15px17px
Tarix:20/08/14

Münhenin dövlət idarələrində “Linux” sistemindən istifadədən imtina ediləcək

Tezliklə Almaniyanın Münhen şəhər bələdiyyəsinin “Linux” əməliyyat sistemindən imtina edərək yenidən “Windows” əməliyyat sistemindən istifadəyə keçəcəyi gözlənilir.

2003-cü ildə Almaniya şəhəri “Linux” sisteminə keçidə 30 milyon avro yatırmaq qərarına gəlib, yerli özünüidarəetmə orqanlarında istifadə olunan kompüterlərin bu sistemə keçid prosesi 10 il davam edib. Bununla belə, bir ildən sonra istifadəçilərdən əməliyyat sisteminin keyfiyyətsiz işi ilə bağlı şikayətlər daxil olmağa başlayıb və nəticədə xüsusi işçi qrup “Windows” sisteminə yenidən qayıtmaq imkanını öyrənib.
Həmçinin Münhen meri Yozef Şmid “Windows”un şəhərin müxtəlif infrastrukturlarının fəaliyyəti üçün təkrar istifadəyə verilməsi halında daha yaxşı işləməsi məsələsinin öyrənilməsi ilə məşğuldur.

İstifadəçilər “Linux”a qarşı şikayətlər arasında lazımi funksionallığın olmamasını qeyd ediblər. Həmçinin problemlərin çoxu smartfonlardan korporativ poçtla işləməyin qeyri-mümkün olması ilə bağlı olub ki, bunun üçün də ayrıca poçt serverinin quraşdırılması tələb olunub.

Bundan başqa, poçtun kontaktlar və təqvimlə lazımınca inteqrasiya olunmaması göstərilib. Bəzi istifadəçilər isə “Microsoft”un proqram təminatından istifadəni davam etdirən digər şəhər bələdiyyələri və vətəndaşlarla informasiya mübadiləsi ilə bağlı narazılıqlarını ifadə edib, - “SecurityLab” www.securitylab.ru yazır.



Baxış sayı: 658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024